27 iyul 2010 00:34

Mahir ŞÜKÜROV: Bizim bəxtimiz gətirdi

Azərbyacan yığmasının və "Anjı" klubunun oyunçusu Mahir Şükürov Rusiya çempionatının 14-cü turu çərçivəsində "Terek" komandasının üzərində qazanılan qələbədən  sonra (1:0) azerisport.az saytına müsahibə verdi.

 
Bu oyun haqqında nə deyə bilərsiz?
Tomskda əldə edilən qələbədən sonra azərkeşlərimiz öz meydançamızda sevindirmək istəyirdik, amma oyunun Vladiqafqazda keçirməli olduq. Oyuna ciddi şəkildə hazırlaşırdıq, məşqçi bizə oyunun vacibliyini başa salırdı. Düzdü, oyunda hər şey ideal alınmadı, lakin biz üç xalımız qazandıq.
 
Oyun ərzində "Terek" bir neçə yüz faizlik vəziyyətlərdən istefadə edə bilmədi. Hesab etmirsiz ki, komandanızın bəxti gətirdi?
Əlbətdə, bəzi məqamlarda bizim bəxtimiz gətirdi. Rəqib yaranan vəziyyətlərdən istefadə edə bilmədi. Etiraf etmək lazımdı ki, ilk hissədə biz o qədər də yaxşı futbol göstərmədik. Amma ikinci hissədə özümüzü topladıq və oyunda ola yeganə qolu vura bildik. Nə demək olar, bu futboldu.
 
"Terek"-in məşqçisi Şahin Diniyevlə görüşmüsüz?
Oyundan öncə. Klub məqsədlərindən danışdıq. Lakin oyundan sonra alınmadı, çünki qonqlar çox tez yola düşdülər.
 
Siz öz oyununuzla razı qaldınız?
Deyə bilmərəm ki, hə. Çünki bizim oyunumuz məşqçi qoymətləndirir. İndikindən də yaxşı oynamaq istəyirəm
 
Çempionatın 13-cü trunda siz növbəti dəfə məhsuldar ötürmə verdiz. Bəs Rusiyada ilk qolunuzu haçan vuracaqsız?
Bu taleydi. İrəlidə hələ də çoxlu oyunlar var. Eybi yoxdur, qoy mən məhsuldar ötürmələr verim, əsas odur ki, komanda qələbə qazansın.
 
"Terek"-lə oyun Vladiqafqazda keçirildi. Baxmayaraq ki, nominal meydan sahibi sizin komandanız sayılırdı, bu "Anjı"-yə əlavə çətinlik yaratdımı?
Əlbətdə. Hər halda Maxaçkalaynan Vladiqafqaz arasında fərq var. Bu tribunalarda da hiss olunurdu.
 
"Anjı" bütün oyunlarını öz doğma meydançasında keçirməydən məhrum ola bilər, əgər avqustun 5-nə kimi stadionun ot örtüyü yaxşı vəziyyətdə olmasa...
İnanmıram ki, belə olacaq. Klubda artıq bildirdilər ki, bütün problemləri komissiyanın təyin etdiyi vaxta qədər həll edəcəklər. Buna görə də bu məsələyə görə narahat olmaq lazım deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.