27 iyul 2010 00:45
Bakı klubunun rəhbərliyinin taleyi bu yaxınlarda həll olunacaq
Azərbaycanın "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun tələbindən sonra komandanın bütün rəhbərliyi istefa verdi. Bunu azerisport.az saytına klubunu baş meneceri Zeynal Məmmədov bildirdi.
"UEFA-nın klubumuza texniki məğlubiyyətin verilməsində hamı günahkardı. Buna görə də, hamı istefa verdi. Lakin biz öz işimizi davam etdiririk. Axı çempionatın başlanmasına cəmi bir həftə qalıb", - Məmmədov bildirdi.
Həmiçinin məlum oldu ki, klubun prezidenti Azərbaycana iyulun 29-u qayıdacaq və bundan bir gün sonra komandanın üzvləri ilə görüş keçiriləcək.
