28 iyul 2010 13:04
Bakı yeni mövsümə hazırlaşır
Azərbaycan çempionatının ilk turu çərçivəsində öz meydanında AZAL ilə qarşılaşacaq "Bakı" futbol klubu dünəndən etibarən qarşıdakı matçın hazırlıqlarına start verib. Azerisport.az "Bakı"-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində "Buduçnost"-a qarşı keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan komandanın üzvləri dünəndən məşqləri bərpa edib.
Bazada baş tutan məşq prosesində Fabio Luis Ramim istisna olmaqla bütün futbolçular iştirak edib. Qısa müddətə vətəninə dönən Ramim bu gün komandaya qoşulmalıdır. Xeyli müddətdir zədədən əziyyət çəkən Elvin Əilyev və Junior Osvaldo Martins də artıq komandayla birgə çılaşırlar. Yalnız Əziz Quliyevin yüngül zədəsi var. Bu gün səhər saatlarında komanda daha bir məşqə çıxdı. Axşam saat 22:30-da isə növbəti hazırlıq prosesi başa çatacaq.
