28 iyul 2010 01:05
UEFA Qarabağ`la bağlı səhv buraxdı
UEFA-nın rəsmi saytı Azərbaycanın "Qarabağ" futbol klubu ilə bağlı səhv buraxdı. Azerisport.az xəbər verir ki, həmin saytda göstərilib ki, "Qarabağ" 2-ci mərhələdə "Bakı" kimi məğlub olub. Baxmayaraq ki, iki oyun nəticəsinə görə ağdamlılar Şimali İrlaniyanın "Portadaun" komandasını keçiblər (2:1, 1:1).
Həmçinin, sayt xəbər verir ki, "Portadaun" və "Bakı"-nın rəqibi olmuş Çernoqoriyanın "Buduçnost" komandasıda növbəti mərhələyə keçməyiblər.
