28 iyul 2010 13:27
İspaniya millisinin müdafiəçisi Villareal`a keçdi
İspaniyanın "Villareal" klubu ölkə yığmasının və "Valencia"-nın müdafiəçisi Karlos Marçenanın keçidi haqqında razılığa gəldi. Azerisport.az AS nəşrinə istinadən xəbər verir ki, 30-yaşlı müdafiəçi artıq tibbi müayinədən artıq keçib və yeni komandası ilə ikiillik müqavilə şərtləri haqqında razılaşmaya gəliblər.
Marçenanın "Villareal"-la keçidi komandanın müdafiəçisi Diyeqo Qodinin "Atletico" klubuna transferindən sonra rəsmi elan olunacaq.
