28 iyul 2010 13:59

Ruslan Əmircanov: Neftçi`nin yeganə problemimi qol vurmaq idi

Azerisport.az Azərbaycanın "Neftçi" klubunun rəsmi saytına istinadən xəbər verir ki, "neftçilərin" futbolçusu Ruslan Əmircanov komanda növbəti mövsümə çox ciddi hazırlaşdığını bildirdi. "Türkiyədə keçirdiymiz yoxlama matçları göstərir ki, "Neftçi" tədricən öz oyununu tapır. Məqsədimiz əvvəlki "Neftçi"-nin adını özünə qaytarmaqdır. Həmişə hədəfimiz çempionluq olub. İnşallah, qarşıdakı çempionatda da qızıl medallar uğrunda mübarizə aparıb, istəyimizə çatarıq", - futbolçu bildirdi.

 
Gənc müdafiəçinin sözlərinə görə, flaqmandakı əsas problemlərdən biri həll olunmaq üzrədir: "Ötən mövsüm yeganə problemimiz qol vurmaq idi. Müdafiə, yarımüdafiə xətti yaxşı oynadığı halda, irəlidə fərqlənə bilmirdik. Yeni transferlərin və gənc futbolçularımızın kompakt şəkildə oyunu sayəsində bu problem də aradan qaldırılır. "Orduspor"u 4:0, "Kardemir Karabükspor"u 1:0 hesabı ilə məğlub etmişik. Xüsusilə, hücumçu Bahodir Nasimov hələlik öz vəzifəsinin öhdəsindən gəlir. İnanıram ki, çempionatın gedişində qol vurmaq problemimiz olmayacaq".
 
Mövsümlərarası fasilədə "Neftçi"-yə yeni futbolçular gəlməsinə baxmayaraq, Əmircanov sağlam rəqabətə həmişə hazır olduğunu söyləyib: "Mən sağlam rəqabətdən heç vaxt çəkinməmişəm. Düzdür, zədəli olduğum vaxtda əsas heyətdə yerimi itirmişdim. Daha sonra yeni transferlər oldu. İstənilən halda, rəqabətə hazıram. Çünki sağlam rəqabət olmayan yerdə, inkişafdan danışmaq yersizdir. Təbii ki, heyətlə bağlı söz sahibi məşqçilər korpusudur. Çalışacağam ki, məşqlərdə özümü yaxşı tərəfdən göstərərək, heyətə düşüm və komandamızın uğurunda rol oynayım".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.