28 iyul 2010 15:11
Kasilyas Real`ın tarixinə düşdü
Madridin "Real" klubunun qapıçısı İker Kasilyas Raulun getməsindən sonra komandanın kapitanı oldu. Azerisport.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, klubun mövcud olan 108 illik tarixi ərzində Kasilyas komandada sayca 5-ci qapıcıdır ki, kapitan sarğısını geyəcək.
Kasilyasdan əvvəl qapıçılardan olan kapitanlar – Miqel Anxel (komandada 1969-1985-ci illərdə çıxış edib), Qarsiya Remon (1971-1986), Xuanito Alonso (1949-1960) və keçən əsrin 30-ci illərində çıxış edən əfsanəvi Rikardo Zamora.
