28 iyul 2010 17:29
Maksim Medvedev: Qələbəni necə əldə edəcəyimizi bilirik
Azərbaycanın "Qarabağ" futbol klubunun müdafiəçisi Maksim Medvedev Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə oyundan əvvəl azerisport.az saytına öz fikirləri ilə bölüşdü. "Çalışacağıq ki, məğlub olmayaq. Elə etməliyik ki, Bakıda bizə bir az rahat olsun. Biz "Wisla"-nı qonaq meydançasında da udmağa qadirik. Bu da bizim məqsədimizdi. Biz "Wisla"-dan da güclü rəqiblərnən oynamışıq və bilirik qələbəni necə əldə etmək olar", - Medvedev bildirdi.
