28 iyul 2010 11:43
Emin İmaməliyev: Belə futbolçulara qarşı oynamaq həmişə çətindi
Azərbaycanın "Qarabağ" futbol klubunun yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına bildirib ki, millinin heyətində Polşaya qonaq meydançasında 5:0 hesabı ilə məğlub olduğları oyun onun yadındadı. "O futbolçulardan "Wisla"-da Juravski oyanyır. Yaxşı futbolçudu. Belə futbolçulara qarşı oynamaq həmişə çətindi. Amma "Qarabağ" ona özünü göstərməyə imkan verməyəcək. Mən isə çalışacam ki, qol vurum", - İmaməliyev bildirdi.
