28 iyul 2010 11:47
Millimiz Çernoqoriya yığması ilə qarşılaşacaq
Azərbaycan və Çernoqoriya milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA ilə Çernoqoriya Futbol Federasiyası arasında aparılan danışıqlar müsbət nəticələnib. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, əldə olunmuş razılığa əsasən, noyabrın 17-də Çernoqoriyada bu komandalar arasında yoldaşlıq oyunu keçiriləcək.
