29 iyul 2010 00:00
Henrik KASPERÇAK: Biz qələbə uğrunda mübarizə aparacaq
Azerisport.az xəbər verir ki, Polşanın "Wisla" klubunun baş məşqçisi Henrik Kasperçak Avropa Liqasının 3-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə oyundan əvvəl mətbuat konfransı keçirdi.
"Komandam sabahki oyunda qələbə qazanmaq istəyir. Biz heyətdə bəzi problemlərlə üzləşdik. Əsas odur ki, mərkəz müdafiəçi Kleber oyuna çıxa biləcək. Həmçinin bəzi oyunçular klubda olan məsələləri həll etməlidirlər. Bu komanda üçün çox vacibdi", - Kasperçak klubun rəsmi saytına bildirdi.
"Biz "Qarabağ"-ın ötən mövsüm Avropa Liqasındaki statistikasını analiz etdik. Bu komanda turnirdən "Rusenborq"-u kənarlaşdırdı və qrup mərhələsinə çıxmaq uğrunda "Twente" ilə mübarizə aparırdı. Şərqi Avropa komandaları bizim kimi artıq 13 ildir ki avrokubokların əsas mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparır", - polşalı mütəxəssis bildirdi.
Onun sözlərinə görə, komandası qələbə uğrunda mübarizə aparacaq: "Bizim kollektivimiz qələbə arzusunda olan futbolçulardan ibarətdir. Biz effektiv oyun nümayiş etdirməliyik, bundan çox şey ondan asılı olacaq. Bu görüşə çox məhsuliyyətli yanaşmalıyıq".
