28 iyul 2010 11:57
"Kral klubu" Almaniya millisinin futbolçusu ilə razılaşma əldə etdi
Madridin "Real" klubu Almaniya millisinin və "Stuttgart" komandasının yarımmüdfiəçisi Sami Hedira ilə razılaşma əldə etdi. Azerisport.az İspaniyanın AS nəşrinə istinadən xəbər verir ki, iki gün əvvəl 23-yaşlı futbolçu "Kral klubunun" baş məşqçisi Joze Mourinyo ilə görüşdü. Mütəxəssis istəyir ki, Hedira komandanın mərkəz xəttində Xabi Alonso ilə birgə tandem yaradsın.
