28 iyul 2010 00:02
Inter Arqentina millisinin hücumçusunu almaq niyyətindədi
İtaliyanın "Inter" futbol klubu heyətini Arqentinanın və Madridin "Atletico" komandasının hücumçusu Serxio Aqueroyla möhkəmləndirmək niyyətindədi. Azerisport.az Tuttosport saytına istinadən xəbər verir ki, bu transfer o halda baş tuta bilər ki, əgər "Inter"-in oyunçusu Mario Balotelli İngiltərənin "Manchester City" klubuna keçsə. Aqueronun transfer məbləği 35 milyon təşkil edir. Ötən mövsümdə futbolçu İspaniya çempionatında 31 oyun keçirib, 12 qol vurub.
