28 iyul 2010 00:07
Bu gün Neftçi növbəti oyun keçirəcək
Azərbaycan çempionatına hazırlıq məqsədilə Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu sabah son yoxlama oyununa çıxacaq. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "neftçilərin" rəqibi Türkiyənin 1-ciliqa təmsilçisi "Qaziantep Böyükşehir Bələdiyyəspor" olacaq. Oyun saat 18:00-dabaşlayacaq. Xatırladaq ki, "ağ-qaralar" bundan əvvəl yoldaşlıq görüşlərində "Orduspor"-a 4:0, "Kardemir Karabükspor"-a isə 1:0 hesabı ilə qalib gəliblər.
