28 iyul 2010 12:08
Maksi Liverpooll`u tərk etməyə hazırdı
İngiltərənin "Liverpooll" klubunun arqentinalı yarımmüdafiəçisi Maksi Rodriqes komandanı tərk etməyə və öz keçmiş klubu "Espanol"-a qayıtmağa hazır olduğunu bildirdi. Azerisport.az The Mirror nəşrinə istinadən xəbər verir ki, baxmayaraq ki, futbolçu komandaya qışda gəlib, klubun yeni baş məşqçisi Roy Xocsonun planlarına daxil deyil. Buna görə də, Rodriqesin agenti artıq İspaniya klubu ilə görüşüb. Lakin keçid o zaman baş tuta bilər ki, əgər futbolçuya görə lazımi məbləğ təklif olunarsa və Xocson onun yerinə müvafiq oyunçu tapa bilsə.
