28 iyul 2010 00:22
Qutinin Beşiktaş oyunçusu kimi rəsmi təqdimatı keçirildi
Çərşənbə axşamı Quti İstanbulun "Beşiktaş" komandası ilə müqavilə imzaladı və onun azərkeşlərə klubun oyunçusu kimi rəsmi təqdimatı keçirildi. Azerisport.az "qara qartalların" rəsmi saytına istinadən xəbər verir ki, mərasim klubun ev meydançası olan "İnönü Stadyumu"-da keçirildi. Tribunalarda minlərlə azərkeş toplaşmışdı.
"Bizim əsas məqsədimiz Türkiyə çempionatı və Avropa Liqasında qalib gəlməydi. Biz nə ediriksə hər şeyi azərkeşlər üçün edirik. Quti ilə birlikdə "Beşiktaş" daha da güclənəcək", - klubun prezidenti Yıldırım Demirören bildirdi.
"Bura gəldiyinizə görə çox minnətdaram. Mənim üçün bu komandanın futbolkasını geymək böyük şərəfdir. Mən "Beşiktaş"-ın oyunçusu olmaqımdan xoşbəxtəm. Belə azərkeşlər qabağında oynamaq hər bir futbolçunun arzusudu və mən də istisna deyiləm", - Quti bildirdi.
