28 iyul 2010 12:40
Yığmanın növbəti təlim-məşq toplanışı
Avqustun 2-dən 5-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanışa bu futbolçular dəvət olunub: Kamran Ağayev, Səlahət Ağayev, Aqil Məmmədov, Volodimir Levin, Ruslan Abışov,Vurğun Hüseynov, Rail Məlikov, Elnur Allahverdiyev, Ruslan Əmircanov, Rahid Əmirquliyev, Aleksandr Çertoqanov, Amit Quluzadə, Arif Daşdəmirov, Araz Abdullayev, Fabio Luis Ramin, Cavid Hüseynov, Fərid Quliyev.
