28 iyul 2010 00:44

Toni ADAMS: İlk turda çox çətin olacaq

Azərbaycanın "Qəbələ" klubunun ingiltərəli baş məşqçi Toni Adams azerisport.az saytına müsahibə verdi.

 
Yeni mövsümə hazırlığın son mərhələsini necə qiymətləndirərdiz?
Mən çox şadam ki, biz yeni mövsümə çox yaxşı hazırlaşırıq. Hər şey plan üzrə gedir və birinci tura kimi bizdə artıq hər şey qaydasında olacaq.
 
Komandanın son iki yoxlama görüşündən razı qaldınız?
Ümumilikdə, hə. Biz MOİK (0:0) və Tovuzun "Turan" (1:0) komandaları ilə qarşılaşdıq. Bu oyunların nəticələri məni heç maraqlandırmırdı. Futbolçular üçün əsas məni qane edən oyunu göstərilməsi idi. Əsasən mənə komandanın fiziki hazırlığı xoşuma gəldi. Bu oyunlardan sonra futbolçuların barədə kifayət qədər məlumatım var.
 
Bu o deməkdir ki, siz mövsümün əvvəlinə kimi oyun keçirməyəcəysiz?
Xeyr. Hələ bir oyunda lazımdı. Bu oyunu da iyulun 31 keçirməyə planlaşdırırıq. Sadəcə rəqibimizi müəyyən etməmişik.
 
Yeri gəlmişkən, siz çağırdığınız iki ingilis oyunçularını geri göndərdiniz...
Mən Uill Hendri və Ben Qillı bəyənmədim.
 
Axı siz özünüz bu futbolçuları dəvət etmişdiniz?
Əgər mən onları çağırmışam, o demək deyil ki, onlar artıq komandanın əsas heyətində yer alacaqlar. Mən istəyirəm ki, mənim komandamda yüksəksəviyyəli futbolçular oynasınlar. Bu iki nəfər isə komandanı gücləndirə bilmədi.
 
Həmçinin, siz Braziliyada bir neçə oyunçunu da dəvət etmisiz?
Bu artıq başqa məsələdi. Texniki cəhətdən bu trio mənim xoşuma gəldi. Lakin fiziki onlar hələ ki hazır deyillər. Onların hamısı gənc və perspektivlidi. Mən onların potensialına inanıram.
 
Birinci turda siz Lənkərana səfər etməli olacaqsız. Orada yerli komanda ilə qarşılaşacaqsız. Bu cür qonaq meydançasında oyun çempionatda ən çətin görüş hesab olunur. Siz mövsümün belə başlanmasını necə qiymətləndirirsiz?
Hesab edirəm ki, çətin olacaq. Mən bildiyimə görə, XL hələ də ötən mövsüm çempion və ölkə Kubokunun sahibi olmalı idi. Bizi çətin oyun gözləyir. Biz komanda barəsində məlumatı hələ də toplayırıq. Həmçnin, klubun yeni baş məşqçisi də var.
 
Ümumilikdə püşkatmanın nəticəsi haqqında nə deyə bilərsiz?
Bizi çox çətin start gözləyir. İlk turlarda mən bir az zəif rəqibnən qarşılaşmağa üstünlük verərdim.
 
Azərbaycan klublarının avrokuboklardaki oyunlarını izləyirsiz?
Bütün oyunlara baxdım. Komandaların cavab oyunları mənim xoşuma gəldu. Əlbətdə, hamı növbəti mərhələyə keçə bilmədi, lakin onların oyunları yaxşı təsir bağışladı. "Qarabağ", "Bakı" və "İnter"-in oyunları ilə mən razı qaldım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.