29 iyul 2010 13:00
Paytaxt komandaları yoldaşlıq oyununu keçirəcəklər
Avqustun 1-də Azərbaycanın "İnter" komandası "Bakı" ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az "İnter"-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Zabrat qəsəbə stadionunda saat 19.00-da baş tutacaq. Oyundan əvvəl "İnter" komandasının 2010-2011-ci il mövsümü üçün təqdimat mərasimi keçiriləcək.
