29 iyul 2010 13:55
Keyruş Portuqaliyanı tərk edir
Portuqaliya Futbol Federasiyası yığmanın baş məşqçisi Karluş Keyruşu istefa göndərmək qərarına gəlib. Azerisport.az Portuqaliyanın Record saytına istinadən xəbər verir ki, yaxın günlərdə federasiyanın prezidenti Jilbertu Madail mütəxəssislə görüşəcək və istefa haqqında bildirəcək.
Xatırladaq ki, DÇ-2010-da Keyruşun çalışdırdığı Portuqaliya millisi 1/8 finalda ispanlara məğlub oldu.
