29 iyul 2010 14:09
Milan Zaqorats: 25 oyunçudan elə iyirmi beşi də Tsxadadzedən nifrət edir
Azərbaycanın "İnter" futbl klubunun keçmiş oyunçusu serbiyalı Milan Zaqorats azerisport.az saytının Facebook-da olan səhifəsində komandanın baş məşqçisi Kaxaber Tsxadadze barəsində öz fikirlərini bildirdi.
"Günahkar Tsxadadze deyil. Günahkar o insandırki, onu komandaya dəvət edib. İyirmiillik peşəkar futbol karyeram ərzində mən belə pis insanla qarşılaşmamışam. Mən bu sözləri ona görə demirəm ki, o məni əsas heyətedə buraxmırdı. Burada söhbət insani keyfiyyətlərdən gedir. Elxan müəllin (Abdullayev, - Red.) bu haqda bilirdi, lakin nədənsə heçnə etmədi. Əgər Tsxadaze həmyerliləri onun haqqında pis fikirdədilərsə, onda burada nə əlavə etmək olar?
Komanda da 5-6 il çalışanları Tsxadadze qovdu. Bu insanlar komandanın quruluşunda iştirak edirdilər. Və həmçinin, Tsxadadzedən soruşun, nəyə görə 25 oyunçudan elə iyirmi beşi də ondan nifrət edir", - Zaqorats bildirdi.
