29 iyul 2010 15:45
Qurban Qurbanov: Krakovda mütləq qol vurmalıyıq
Azərbaycanın "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə oyuna klubun hazırlığı haqqında danışdı.
"Komandam yaxşı vəziyyətdədi. Şimali İrlandiyanın "Portadaun" klubu ilə oyundan sonra futbolçulara istirahət etməyə vaxt vermişdik. İndi isə hazırlaşırıq. Ümid edirəm ki, komandanın vəziyyəti "Wisla" ilə oyuna kimi daha da yaxşılaçacaq", - Qurbanov bildirdi.
Onun sözlərinə görə, komandasına məğlubiyyət də razı edər: "Amma böyükhesablı məğlubiyyət yox. Qolsuz və yaxud əkisnə məhsuldar heç-heçə bizi qane edər. Həmiçinin, 1:2 və yaxud 2:3 hesablı məğlubiyyət də. Hər halda biz Krakovda mütləq qol vurmalıyıq".
