29 iyul 2010 16:10
Saşa Yunisoğlu: Bakı`ya qayıtmaq istəyirəm
Azərbaycanın "Bakı" futbol klubunun keçmiş müdafiəşisi Saşa Yunisoğlu azerisport.az saytına komandanın prezidenti Hafiz Məmmədovun sözlərinə öz münasibətini bildirdi. Məmmədov bildirmişdi ki, bu oyunçunu geri götürməyəcəklər. "Mən cənab Məmmədovun sözlərini oxumuşam. Onunla şəxsən danışmaq istiyirəm və bundan sonra hər şeyi həll etmək. "Bakı" Azərbaycandan kənar çıxış edən futbolçulara həmişə kömək edib. Mən də xaricdə oynamağı planlaşdırırdım, lakin indi alınmayacaq. Buna görə də, qayıtmaq istəyirəm. Hər şey rəhbərliylə görüşdə həll olunacaq", - Yunisoğlu bildirdi.
