29 iyul 2010 16:21
Cilardino Fiorentina`da qalır
İtaliyanın "Fiorentina" komandasının hücumçusu Alberto Cilardino bildirdi ki, o klubu tərk etmək niyyətində deyil. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, futbolçunun sözlərinə görə, komandası çempionatda ilk dördlüydə yer tuta bilər. "Mən özüm üçün qərar verdim ki, heç yerə getməyəcəm. Nəyə görə mən "Fiorentina"-nı tərk etməliyəm? Məni burada hər şey qane edir. Həmçinin, komanda ilə müqaviləm var və bu müqaviləyə əsasən mən burada hələ 3 il də qalacam. Bu komanda ilə biz ilk dördlüyə düşə bilərik", - Cilardino bildirdi.
