29 iyul 2010 16:50
Qattuzo Milan`da qalır
Azerisport.az Football Italia saytına istinadən xəbər verir ki, İtaliyanın "Milan" klubunun yeni baş məşqçisi Massimiliano Alleqri 32-yaşlı Cennaro Qattuzo ilə razılığa gəldi ki, yarımmüdafiəçi "rossonerinin" heyətində qalacaq. "Niyə sən komandadan mən gələn zamanı getmək istəyirsən? Yadındadı, "Perugia"-nın heyətində birgə çıxış etmişik? Komandanı tərk etmə, ağıllı ol", - Alleqri Qattuzoya bildirdi.
