29 iyul 2010 17:53
Bu gün Balotelli Mançester klubunun oyunçusu ola bilər
İtaliyanın "Inter" klubunun hücumçusu Mario Balotelli bu gün "Manchester City"-nin oyunçusu ola bilər. Azerisport.az Sky Italia-ya istinadən xəbər verir ki, hal hazırda oyunçu və onun agenti Mino Rayola Mançesterdədilər və orada klubun nümayəndələri ilə müzakirə aparırlar.
Gözlənilir ki, Balotelli ildə 3,8 milyon avro alacaq. "Inter" isə oyunçuya görə 30 milyona avro əldə edəcək.
