29 iyul 2010 00:03

Qurban QURBANOV: Bizə qarşı meydançaya güclü rəqib çıxacaq

Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə ilk oyundan əvvəl mətbuat konfransı keçirdi.

 
"Wisla"-nı bizi çox gözəl qəbul etdiyinə minnətdarlığımı bildirmək istəyirəm. Siz çox qonapərvərsiz və bizim problemlərimizi həll etməyə kömək etdiz. Oyuna isə biz tam hazırıq, itkilərimiz yoxdu", - kubun rəsmi saytının məlumatına görə, bunu Qurbanov bildirdi.
 
"Wisla"-ya hazırlaşmaq üçün bizdə cəmi beş gün var idi. Biz bilirik ki, bu klub Avropada çıxış təcrübəsi var. Həmçinin, komandanın keçmiş illərdəki çıxışları haqqında da xəbərimiz var. Güclü rəqiblərə qalib gəlirdi. Lakin bu artıq keçmişdə qalıb. Sabah bizə qarşı meydançaya güclü rəqib çıxacaq", - ağdamlıların baş məşqçisi dedi.
 
"Etiraf etməliyik ki, "Wisla" cütlüyün favoriti sayılır. Lakin biz əlimizdən gələn hər şeyi etməliyik ki, Azərbaycana bizi qane edən nəticə ilə qayıdaq. Ümid edrəm ki, sabah biz maraqlı oyun görəcəyik", - Qurbanov bildirdi.
 
Onun sözlərinə görə, hər kəs qələbə əldə etmək istəyir: "Amma mənim fikrimcə, əgər biz "Wisla" kimi komandaya minimal hesabla məğlub olsaq, bu nəticəni bizim üçün uğurlu saymaq olar".
 
Polşalı jurnalistlərnən söhbətindən sonra Qurbanov Krakov komandasının azərkeşlərini qeyd etdi: "Fikir verdim ki, "Wisla"-nın çoxlu azərkeşləri var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.