29 iyul 2010 00:05
Neftçi Türkiyədəki son yoxlama oyununda məğlub oldu
Azərbaycanın "Neftçi" klubu Türkiyənin Bolu şəhərindəki son yoxlama oyununda "Qaziantep Böyükşehir Bələdiyyəspor"-la qarşılaşıb. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, hesabda irəli çıxan komandamız bir neçə dəfə qol şansından yararlanmayıb və sonda qapısından iki top buraxaraq, 1:2 hesabı ilə məğlub olub.
Neftçinin heyətində qolu Bahodir Nasimov vurdu.
Qeyd edək ki, rəqibin heyətində Azərbaycan millisinin sabiq oyunçusu Daniel Axtyamov baxışdan keçir.
