29 iyul 2010 12:05
Maksim MEDVEDEV: Wisla`dan da güclü rəqiblərnən oynamışıq
Azərbaycanın "Qarabağ" futbol klubunun müdafiəçisi Maksim Medvedev Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə ilk oyundan əvvəl azerisport.az saytına öz fikirlərini bildirdi.
Yorqunluq hissi keçib?
Yalnız bu oyunun ərəfəsində biz özümüzə gələ bildik. Sonuncu oyun çox çətin və gərgin alındı. Hazırlıq çox yaxşı keçdi. Əlbətdə, polşalılarla daha çətin oyun olacaq. Bu Şimali İrlandiya yaxud Makedoniyanın klubu deyil. Səviyyə təmamiylə başqadı. "Qarabağ"-da bunu çox yaxşı başa düşürlər.
Burdaki azərkeşlərdə qarşılaşdığımız komandaların azərkeşlərində də fərqlənir...
Bəli, bu belədi. Lakin azərkeşlər məni o qədər də narahat etmir. İlk növbədə biz rəqibimizə fikir verməliyik. Biz Norveç və Hollandiyanın tam dolu stadionlarında oynamışıq. Buna görə də, dəhşətli bir şey bizi gözləmir.
Rəqibiniz haqqında nə öyrənə bildiniz?
O dərəcə də yaxşı ki, öz cinah rəqibimin oyun üslubu ilə ətraflı tanış oldum.
Bu rəqib isə?
Biz baxdığımız oyunda mənim cinahımda ən aktiv doqquz nömrəli oyunçu idi (Rafal Boquski, - Red.) Güman edirəm ki, elə ona qarşı oynayacam. O çox sürətli futbolçudu və komanda yoldaşları ilə bir-birlərini çox yaxşı anlayırlar. Topu ona tez-tez ötürürlər.
Bu futbolçuya qarşı necə oynayacaqsız?
Çalışacam ki elə edim ki, mən onun yox, o mənim dalınca qaçsın. Elə etmək lazımdır ki, o yorulsun.
Krakovda sizi hansı hesab qane edər?
Çalışacağıq ki, məğlub olmayaq. Elə etməliyik ki, Bakıda bizə bir az rahat olsun. Biz "Wisla"-nı qonaq meydançasında udmağa qadirik. Bu da bizim məqsədimizdi. Biz "Wisla"-dan da güclü rəqiblərnən oynamışıq və bilirik qələbəni necə əldə etmək ola
Bu necə nail olmaq istəyirsiz?
Əgər öz oyunumuzu göstərə bilsək. Bu halda biz Krakovda da qələbə əldə edə bilərik. Biz artıq sübut etmişik ki, biz buna qadirik.
