29 iyul 2010 12:22
Inter Qalatasaray`ın futbolçusu ilə maraqlanır
İtaliyanın "Inter"futbol klubu Braziliya yığması və Türkiyənin "Qalatasaray" komandasının yarımmüdafiəçisi Elano ilə maraqlanır. Azerisport.az Tuttomercato saytına istinadən xəbər verir ki, oyunçunu öz heyətində "neradzurrinin" baş məşqçisi Rafael Benites görmək istəyir.
Qeyd edək ki, futbolçunun həmçinin Rusiyanın "Rubin" komandası da almaq istəyir. Elanonun transfer məbləği 9 milyon avro təşkil edir.
