30 iyul 2010 13:00
Emin İmaməliyev: Hər rəqibə qarşı oynamaq olar
Azərbaycanın "Qarabağ" klubunun yarımmüdafiəçisi Emin İmaməliyev Avropa Liqasının 3-cü təsnifat mərahələsi çərçivəsində "Wisla" üzərində ilk oyunda əldə edilən qələbə (1:0) haqqında azerisport.az saytına öz fikirlərini bildirdi.
"Oyun çox çətin alındı. Ancaq biz rəqibimizi yaxşı təhlil etdik. Avropa zəif komanda qalmayıb, biz də onların sırasında. Hər rəqibə qarşı oynamaq olar, biz bunun artıq iki ildir ki sübut edirik. Evə yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində kifayət qədər təhlükəli vəziyyətlər yaradmışdıq. Lakin, onlardan faydalana bilmədik", - İmaməliyev bildirdi.
Onun sözlərinə görə, cavab oyununa komanda çox ciddi hazırlaşacaq: "Dəqiq bilirəm ki, cavab oyununda arxayınlıq olmayacaq".
