30 iyul 2010 13:11
Rafal Boquski: Azərbaycandan qələbə ilə qayıtmalıyıq
Azerisport.z xəbər verir ki, Polşanın "Wisla" klubunun yarımmüdafiəçisi Rafal Boquski Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə ilk oyundaki məğlubiyyət (0:1) haqqında öz fikirləri ilə bölüşdü. "Heç bir bəhanə tapa bilmirəm. Biz sadəcə cavab oyununa yaxşı hazırlaşmalı və Azərbaycandan qələbə ilə qayıtmalıyıq. Görüşün ikinci hissəsində biz daha aktiv oynamağa başladıq. Lakin nəticəni siz özünüz də əla bilirsiz", - Boquski bildirdi.
