30 iyul 2010 01:31

On bir igid və bir qəhrəman

Siz bunu təssəvvür edə bilərdinizmi? Nəhayət ki, Azərbaycanda elə komanda peyda oldu ki,  Avropada hər üç qonaq oyununda qələbə qazanıb! Nəhayət ki, biz bu günü də gördük! Azərbaycanın on bir igidi ("Qarabağ" klubu) və bir qəhrəmanı (Qurban Qurbanov) Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə keçirilən ilk görüşdə qonaq meydançasında 0:1 hesablı qələbə əldə etdi. Qələbə – bu necədə şirin sözdü...

 
Açəğə deyək, heç kəs inanmırdı ki, bizim komandamız Polşada ikinci qələbəsini əldə edəcək. Əvvəl, "İnter" "Lex"`ı məğlub etdi, indi isə "Qarabağ" "Wisla"-nı.Əlbətdə, pley-off mərhələsinə kimi hələ bir oyun qalıb. Lakin indi bu haqda heç kim düşünmür. Qurban Qurbanov və onun oyunçularını istisna etməklə. Mən əminəm k, bu qələbə oyunçuları eyforiyaya salmayacaq. Ancaq biz, sadə azərkeşlər, buna sevinməməyə bilmərik!
 
Ümumiyyətlə oyun haqqında nə demək olar. Ümumi şəkildə komandalar bərabər oyun göstərdilər. Düzdü, hər iki hissələrin əvvəllərində Polşa təmsilçisi daha təhlükəli görünürdü. Amma bu "Qarabağ"`a qələbə topunu və ardınca 4-5 təhlükəli vəziyyət yaramağa mane ola bilmədi.
 
Oyunçulara afərin! Hər biri özünü yaxşı tərəfdən göstərdi. Müdafiə yaxşı oynadı, bir-iki məqamda Rəşad Sadıqov səhv buraxdı, lakin bu səhvlər daha çox meydançanın sürüşgən olması səbəbindən baş verdilər. Nəhayət ki, Samir Abbasov və Vüqar Nadirov öz sözlərini də dedilər. Birincisi müdafiədə çox və çox yaxşı təsir bağışladı. İkincisi isə, meydançaya daxil olandan bir neçə saniyə sonra komandanın yeganə və qələbə topunu vurdu.
 
Görüşün sonlarında isə bütün futbol içtimayyətimiz Fərhad Vəliyevi qucağlıyıb öpmək istəyidi – mən buna əminəm! Çünki bir neçə saniyə əvvəl Fərhad rəqibin penalti zərbəsini dəf edərək "Qarabağ"-a Polşanı qələbə ilə tərk etməyə kömək etdi.
 
Nə əlavə etmək olar... İndi emosiyalar imkan vermirlər ki, beyinə sevinmək istəyindən başqa bir şey gəlsin. Ən azı bir həftə sevinə bilərik! Və ümid edək ki, gələn həftə biz qələbəyə görə yox, pley-off mərhələsinə çıxdığımıza görə sevinəcəyik! 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.