30 iyul 2010 13:42
İbrahimoviç: Barcelona`da qalacam
Azerisport.az Sport.es saytına istinadən xəbər verir ki, İspaniyanın "Barcelona" komadasının hücumçusu Zlatan İbrahimoviç bildirdi ki, öz indiki komandasını tərk etmək niyyətində deyil.
"Yay ərzində bəzi klublar mənimlə maraqlanırdılar. Lakin mən heç bir təklifi müzakirə etməmişəm, çünki "Barcelona"-da qalacağıma əminəm. Mən bu klubun futbolçusuyam və növbəti mövsümdə də belə olacaq. Gəzən söz-söhbətlər isə mənim çıxışlarıma təsir etməyəcək", - İbrahimoviç bildirdi.
Futbolçunun sözlərinə görə, Çempionlar Liqasında qalib gəlmək onun məqsədidi. Həmçinin, o bildirib ki, klubun baş məşqçisi Pep Qvardiola ona etibar edir.
