30 iyul 2010 01:58
Henrik Kasperçak: Cavab oyununu səbirsizliklə gözləyirik
Azerisport.az xəbər verir ki,Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Wisla" (Polşa) – "Qarabağ" (Azərbaycan) oyunundan sonra (0:1) Krakov təmsilçilərinin baş məşqçisi Henrik Kasperçak öz fikirlərini bildirdi.
"Bu gün bizdə heçnə alınmırdı. Çoxlu sayda imkanlardan istifadə edə bilmədik. Əgər qol vura bilsəydik oyun təmamilə başqa bir məcrada keçəcəkdi. Biz bundan da yaxşı oyanaya bilərik. Lakin bu gün hücumda son nöqtəni qoya bilmirdik", - Kasperçak bildirdi.
Onun sözlərinə görə, komandası cavab oyununu səbirsizliklə gözləyir: "İrəlidə hələ cavab oyunu da var. Ancaq vəziyyət çətindi. Çünki rəqib qonaq meydançada 0:1 hesabı ilə qalib gəldi. Cavab oyununu səbirsizliklə gözləyirik. Biz qələbə dalıyca gedəcəyik".
Həmçinin, Kasperçak komandanın azərkeşlərindən üzr istədi: "Biz sona kimi mübarizə aparırdıq və hətta qol vurada bilərdik, ancaq alınmadı. Bu məğlubiyyətə görə azərkeşlərdən üzr istəyirik".
