30 iyul 2010 02:10
Cokica Hacıyevski: Öz oyunumuzu tapmaq üçün bizə vaxt lazımdı
Azərbaycanın "Simurq" klubunun baş məşqçisi Cokica Hacıyevski azerisport.az saytına bildirdi li, onun komandası Azərbaycan çempionatında heç bir kluba rahat nəfəs almaqa imkan verməyəcək. "Öz oyunumuzu tapmaq üçün bizə vaxt lazımdı. Baxmayın ki, bu gün biz ölkə çempionuna məğlub olduq. "Simurq"-da əsasən cavan oyunçular yığışıb. Biz komandamızı Emin Quliyev və Ceyhun Sultanov kimi təcrübəli oyunçularla gücləndirmək istəyirik. Hələ ki, onlar öz formasını yığmayıblar", - Hacıyevski bildirdi.
Qeyd edək ki, bu gün "Simurq" Bakının "İnter" komandası ilə yoldaşlıq oyunu keçirib. Görüş 3:0 paytaxt təmsilçilərin xeyrinə bitib.
