30 iyul 2010 02:15
XL rumıniyalı yarımmüdafiəçi ilə gücləndi (FOTO)
Rumıniyalı futbolçu Stanku Stelian bu gün "Xəzər Lənkəran" klubuna keçməsi ilə əlaqədar iki illik müqavilə imzalayıb. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi həm də sağ yarımmüdafiəçi mövqeyindədə eyni müvəffəqiyyətlə oynayır.
İndiyənəcən bu futbolçu ölkəsinin Premyer-liqasında təmsil olunan 5 klubda oynayıb: "Astra Ploeşti" (Ploeşti), "Sportu Studentesc" (Buxarest), "Styaua" (Buxarest), "Poli Timişoara" (Timişoara) və "FC Braşov" (Braşov).
Stelian "Styaua" və "Poli Timişoara" komandalarında oynayan zaman bu klublar Rumıniya çempionatlarını ikinci yerdə bitiriblər, adı çəkilən sonuncu klub isə hətta ölkə kubokunu qazanıb.
