30 iyul 2010 15:07
Vüqar NADİROV: İrəlidə bizi çox çətin oyun gözləyir
Azərbaycanın Qarabağ futbol klubunun hücumçusu Vüqar Nadirov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın Wisla komandasının üzərində əldə edilən qələbədən sonra (1:0) azerisport.az saytına müsahibə verdi.
"Qarabağ"-ın növbəti qələbəsi.
Oyun çox çətin alındı. Lakin buna baxmayaraq ki, biz qələbə qazana bildik. Yaxşı nəticə əldə etdik. Ancaq bu nəticə bizi arxayınlaşdırmamalıdı. Çünki poşalılar sona kimi mübarizə aparacaqlar. Onların digər əlacı yoxdu.
Nəticədən başqa sizin qolunuz da təəcübləndirdi. Meydançaya daxil olandan bir neçə saniyədən sonra qol vurdunuz. Heç olmasa oyuna çıxmamışdan əvvəl topla bir az məşq edə bildinizmi?
Görüşdən öncə məşq keçirdik. Meydançaya daxil olmağa hazırlaşanda sadəcə isinmə hərəkətləri etdim. Neçə saniyədən sonra qol vurduğumu saymadım, lakin dəqiq yadımdadı ki, bu topa ilk toxunuşum idi. Belə bir şey mənim karyeramda hələ olmamışdı.
Siz ikinci topu da vura bilərdiniz...
Əlverişli vəziyyət alındı. Mənə elə gəldi ki, arxada rəqibin müdafiəçisi var idi, buna görə də zərbə vurmağa tələsdim. Düzdü, topu bir az da yaxşı ram edib qol vura bilərdim. Həmçinin, qapıçı da yaxşı reaksiya göstərdi.
Vurulan topdan sonra siz çox sakitcə onu qeyd etdiniz, həmçinin, komanda yoldaşlarınıza da sevinməməyə çağırırdız...
Eyforiyaya düşmək istəmirdim. Çünki bu qol polşalıları qəzəbləndirə də bilərdi. Əgər son dəqiqələrdə vursaydım – onda başqa məsələ. Lakin oyunun sonuna hələ çox vaxt qalmışdı.
Bundan sonra "Qarabağ"-dan nə gözləyək?
İlk növbədə cavab oyununa hazırlşacayıq.
"İştahınız" artdı?
Əlbətdə, belə qələbələrdən sonra insanın beyninə çox şey gəlir.
Yəgin ki, ilk növbədə Avropa Liqasının qrup mərhələsi?
Təkcə bu yox. Bunun üçün biz hələ çoxlu iş görməliyik. İrəlidə biz həddindən artıq çətin oyun gözləyir. Hesab edirəm ki, cavab qarşılaşması indiyənə kimi bu avrokuboklar mövsümündə keçirdiyimiz ən çətini olacaq.
Son vaxtlar siz əsas heyətə daha az düşürsüz. Bu qoldan sonra bunun dəyişəcəyini gözləyirsiz?
İnanın ki, bu haqda mən heç düşünmürəm. Əlbətdə, daha da çox oynamaq istəyirəm, lakin əsas odur ki, biz qələbə qazanaq. Komandanın uğurlu çıxışı hər şeydən üstündü.
