30 iyul 2010 12:54
Vəliyev və Sadiqov oyunun ən yaxşıları seçiliblər
Polşa mətbuatı Azərbaycanın "Qarabağ" klubunun futbolçuları Fərhad Vəliyev və Rəşad Sadiqov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə keçirilən ilk qarşılaşmada görüşün ən yaxşı oyunçuları seçildilər. Azerisport.az xəbər verir ki, hər ikisi 7,5 xal toplayıb. Qeyd edək ki, "Wisla"-nın heç bir oyunçusu 5,5 xaldan çox toplaya bilməyib. "Qarabağ"-ın heyətində isə dörd oyunçu minimal qiymət aldı (6,5 xal).
