31 iyul 2010 14:39
Məşhur braziliyalı futbolçu Bakı`ya keçdi
Braziliyalı futbolçu Julio Sezar Azərbaycanın "Bakı" klubunda çıxış etməyə razılığını verdi. Paytaxt komandasının vitse-prezidenti Tunç Afşar azerisport.az saytına bildirdi ki, müqavilənin bütün şərtləri barəsində razılaşma əldə olunub. Yeganə qalan məqam – müqaviləni imzalamaq. Madridin "Real" komandasının heyətində Çempionlar Liqasının qalibi olan məşhur futbolçu bazar ertəsi Bakıya gələcək və burada klubun rəhbərliyi ilə görüşəcək.
Son mövsümdə Julio Sezar Türkiyə SupreLiqasında çıxış edən "Qaziantepspor" klubunun şərəfini qoruyub.
Həmçinin, 32-yaşlı yarımmüdafiəçi "Maraton" (Qonduras), "Valyadolid" (İspaniya), "Real" (Madrid, İspaniya), "Milan" (İtaliya), "Real Sosyedad" (İspaniya), "Benfika" (Portuqliya), "Austriya" (Avstriya), "Bolton" (İngiltərə), "Tiqres" (Meksika), "Olimpiakos" (Yunanıstan), "Dinamo" (Buxarest, Rumıniya) komandalarında çıxış edib.
