31 iyul 2010 14:46
Şükürovun komandası məğlub oldu
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın "Anjı" komandası ölkə çempionatında növbəti oyununu keçirdi. Azerisport.az xəbər verir ki, Rusiya Premyer-Liqasının 15-ci turu çərçivəsində "Saturn" klubu ilə qonaq meydançada keçirilən oyunda Şükürovun komandası 1:0 hesabı ilə məğlub oldu. Qeyd edək ki, Mahir meydançada 90 dəqiqə keçirib.
