31 iyul 2010 14:50
Arqentinalı hücumçu XL-ə keçdi (FOTO)
Azərbaycanın "Xəzər Lənkəran" klubu argentinalı futbolçu, mərkəz hücumçusu olan Dieqo Ruiz ilə anlaşdı. Azerisport.az XL-in rəsmi saytına istinadən xəbər verir ki, müvafiq ikiillik müqavilə bu gün "Palmali" şirkətlər qrupunun Bakıdakı baş inzibati binasında yerləşən klubun ofisində imzalandı.
1980-ci il təvəllüdlü Dieqo Ruiz peşəkar futbol karyerasını 18 yaşında başlayıb. İlk oynadığı klub ölkəsinin ikinci liqasında iştirak edən "Santelmo"klubu olub. Daha sonra futbolçu Premyer-liqa komandalarında oynayıb: "Lanus" (Argentina), "Gent" (Belçika), "Atletiko" (Argentina), "Uaçipatu" (Çili).
Son üç il Ruiz Rumıniyanın "CFR" klubunun şərəfini qoruyub. Bu vaxt ərzində həmin klub iki dəfə çempion olub, Çempionlar liqasında çıxış edib, üç dəfə Rumıniya kubokunun və iki dəfə bu ölkənin superkubokunun qalibi olub. Həmin ərəfədə futbolçu icarə əsasinda bir mövsümü (2009-2010) Türkiyənin "Kasımpaşa"klubunda keçirib.
