31 iyul 2010 15:01
XL türkiyəli futbolçu ilə yollarını ayırdı
Türkiyəli yarımmüdafiəçi Ayhan Devran Azərbaycanın "Xəzər-Lənkəran" klubunu tərk edir. Azerisport.az XL-in rəsmi saytın istinadən xəbər verir ki, bu gün Lənkərandakı bazada komandanın baş məşqçisi Mirça Rednikin iştirakı ilə klub daxili toplantı keçirilib. Həmin toplantıda klub Ayhan Devranla yolların ayrılması haqqında qərar qarşılıqlı surətdə verilib.
