31 iyul 2010 15:06
Qarabağ məşqlərə başladı
Azərbaycanın "Qarabağ" klubu məşqlərə başladı. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki,Avropa Liqasının 3-cü mərhələsində "Wisla"nı səfərdə məğlub edən komanda dünən istirahət edib. Komandanın çalışdırıcısı Qurban Qurbanov son görüşdə az oynayan və meydana çıxmayanları dünən məşqə çıxardıb. Axşam 6-da Suraxanı qəsəbə stadionunda çalışma 1 saat davam edib.
Bu gündən isə komanda tam heyətlə "Wisla" ilə oyunun hazırlıqlarına başlayacaq. Komandasəhər 10:00-da Tofiq Bəhramov adına respublika stadionunda məşqə çıxıb. Çalışma saat yarım davam edib.
Sabah komanda 2 hazırlığı nəzərdə tutulub.
