31 iyul 2010 15:23
Con Barton: Bizdə hər şey alınacaq
Azərbaycanın "Qəbələ" komandasının yamaykalı hücumçusu Con Barton azerisport.az saytına klubu və ölkəmiz haqqında öz fikirləri ilə bölüşdü.
"Qəbələ" mənimlə əlaqəyə çıxmamışdan əvvəl Azərbaycan haqqında heçnə bilmirdim. Sonradan internetdə bəzi məlumatlar tapdım. "Qəbələ"-yə gəldikdə isə, bu komanda Azərbaycanda top-klubu olmaq üçün potensiala malikdi. Baş məşqçi vəzifəsinə Toni Adamsın təyin olunması da buna sübutdur. Şəhərdə böyük infrastruktur tikilir. Və bütün bu lahiyələr mənim sözlərimi bir də təsdiqləyir.", - Barton bildirdi.
Onun sözlərinə görə, Qəbələdəki ilk günlər ən çətin idi: "Bu qəribə görsənməməlidi. Mən yeni ölkəyə gəlmişəm və burada özünə xas olan mentalitet və mədəniyyət var. Lakin, gündən-günə mən hər şeyə öyrəşirəm".
"Qəbələ"-nin yeni mövsümdə şanslarına gəldikdə isə, Barton bildirdi ki, futbolda hər şey baş verə bilər: "Biz çoxlu çalışırıq. Və bu öz nəticəini verəcək. Heyətdə xeyli yeni oyunçular var, o cümlədən də, mən. Əgər hər kəs tam gücü ilə çalışsa bizdə hər şey alınacaq".
