31 iyul 2010 15:56
Puyol Arsenal`ı günahlandırdı
Azerisport.az ESPN saytına istinadən xəbər verir ki, İspaniya yığmasının və "Barcelona" klubunun müdafiəçisi Karles Puyol hesab edir ki, Londonun "Arsenal" komandası ispaniyalı yarımmüdafiəçi Sesk Fabreqası Kataloniya klubuna buraxmalıdı.
"O oynamaq istəmədiyi komandada qalmağa məcburdu. Mən buna təəcüblənirəm. Çünki futbolçunu məcburən komandada saxlamaq o qədər də ağıllı fikir deyil. Sesk yeddi il "Arsenal"-ın şərəfini qoruyub. Lakin bu komanda artıq onun səviyyəsinə uyğun deyil. Onun qəlbi "Barcelona"-ya bağlıdı", - Puyol bildirdi.
