31 iyul 2010 16:04
Azərbaycanın rəqibləri öz "casuslarını" göndərəcək
Avqustun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Küveyt yoldaşlıq oyunu Avro-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan komandaların da diqqət mərkəzindədir. Azerisport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimizlə bağlı məlumat toplamaq üçün Avstriya yığmasının üç, Türkiyə və Belçika komandalarının isə bir nümayəndəsi Azərbaycan–Küveyt oyununu izləmək məqsədilə Bakıya gələcək.
