1 avqust 2010 13:29
Bakı Azərbaycan çempionatının ilk turunda parlaq qələbə əldə edəcək
Azerisport.az saytına "Azərbaycan çempionatının 1-ci turunda hansı komanda parlaq qələbə qazanacaq?" sorğusu keçirildi. Sorğuda iştirak edənlərin əksəriyyəti – 24% (71 səs) – hesab edir ki, ilk turda ən parlaq qələbəni "Bakı" klubu qazanacaq. Digər nəticələr isə bunlardı: "Neftçi" – 24% (69 səs), "Qarabağ" – 21%, "Xəzər-Lənkəran" – 16%, "digər komanda" – 7%, "Qəbələ" – 4%, "İnter" – 3%.
