1 avqust 2010 14:24
"Kral klubunun" yarımmüdafiəçisi Milan`a keçə bilər
İtaliyanın "Milan" klubu Madridin "Real" komandasının və Hollandiya millisinin yarımmüdafiəçisi Rafael van der Vartı öz heyətinə qatmaq niyyətindədi. Azerisport.az Transfermarketweb nəşrinə istinadən xəbər verir ki, "rossoneri" oyunçunu uzunmüddətli icarəyə götürmək istəyir.
Milanlılardan başqa, van der Vartın xidmətlərində "Chelsea", "Arsenal" və "Bayern Münich" komandaları da maraqlıdır.
