1 avqust 2010 00:02
Raul Almaniyada debüt etdi
İspaniyanın canlı futbol əfsanəsi Raul Almaniyanın "Schalke-04" klubunun heyətində "Hamburger" komandası ilə yoldaşlıq görüşündə özünün ilk oyununu keçirdi. Azerisport.az xəbər verir ki, görüş 2:1 hesabı ilə Raulun komandasının xeyirinə bitdi. Oyunda hər iki hissə 30 dəqiqə olub.
